"Neftçi"nin yarımmüdafiəçisi Zdenek Folprext "Sumqayıt"la oyundan (1:0) sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyunla bağlı danışmaq çətin deyil?
- Bizim üçün vacib qələbə oldu. Belə oyunlarda vurduğun qolun nə qədər baxımlı olub-olmadığı vacib deyil. Əsas qol vurmaq və qələbə qazanmaqdı. "Sumqayıt"ın qapıçısı bu matçda möhtəşəm dayandı. Bir epizodu xatırladım. Zərbəni vurduqdan sonra qolu qeyd etmək üçün qaçırdım, amma həmin anda qolkiper zərbəni dəf etməyə bacardı. Fantastik seyv etməklə yadda qaldı.
- "Neftçi"də bu cür qapıçının oynamasını istərdiniz?
- Bizdə də yaxşı qapıçılar var. Fikrimcə, onlar komandanın səviyyəsinə uyğundurlar.
- Birinci hissədə kifayət qədər qol epizodu yarada bilmirdiniz. Səbəbi nə idi?
- Meydançaya, hava şəraitinə uyğunlaşmaq üçün vaxt lazım idi. Birinci hissədə bunu etdik. İkinci hissədə həm qara, həm də meydançaya uyğunlaşdığımızdan, rahat oynayırdıq.
- Uzun fasilədən sonra "Neftçi" 7-ci pilləni tərk etdi...
- Komandaya yeni qoşulmuşam. Gəldiyimiz vaxtda 4 oyun keçirmişik. Məncə 2017-ci ilə yaxşı başlamışıq. Turnir cədvəlindəki mövqeyimizi, eləcə də oyunumuzu yaxşılaşdıracağımıza əminəm.
- Həm "Qarabağ"a, həm də "Qəbələ"yə qarşı oynamısız. Çempionluq uğrunda yarışan bu klublardan hansı rəqibi daha güclü sayırsınız?
- "Qarabağ"la heç-heçə edib, "Qəbələ"yə uduzduq. Buna baxmayaraq, "Qarabağ"ı daha güclü sayıram.
- Qeyd etdiniz ki, komandanız yeni ildə 2 qələbə qazanıb. "Neftçi"nin uğursuzluq seriyasından çıxdığını düşünmək olarmı?
- Ümid edirəm ki, uğursuzluq zolağından çıxdıq. Artıq hər bir rəqibə qarşı təhlükəli komandaya çevrilmişik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB