İtaliya A seriyasında mübarizə aparan "Peskara"nın prezidenti maraqlı hadisə ilə üz-üzə qalıb. Apasport.az saytının məlumatına görə, komandanın azarkeşləri prezidentin iki avtomobilini yandırıblar. Buna səbəb "delfinlər"in cari mövsüm uğursuz çıxış etməsidir. Hazırda hesabında 9 xal olan "Peskara" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Hadisədən sonra qısa açıqlama verən prezident Daniele Sebastiani mövsümün sonunda vəzifəsindən istefa verəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB