Sankt-Peterburq Olimpiya paytaxtı olmağa layıqdır və 2028-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər. Bu barədə TASS-a sözügedən şəhərin qubernatoru Qeorqiy Poltavçenko Rusiyanın Baş nazirinin müavini Dmitri Kozakın bu mövzuda açıqlamasını şərh edərkən məlumat verib.
"Mən 90-cı illərdə Sankt-Peterburqun 2004-cü il Olimpiya Oyunları üçün namizədliyini yaxşı xatırlayıram. Şübhə etmirəm ki, o vaxt kimi indi də bizim şəhər Olimpiya paytaxtı olmaq adına layiqdir. Əgər bütün ölkə və Rusiya Olimpiya Komitəsi Sankt-Peterburqun namizədliyini təsdiqləyərsə, biz öz tərəfimizdən nə lazımdısa edəcəyik", - deyə qubernator əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB