Türkiyə millisinin üzvü futboldan uzaqlaşdırıldı. Türk futbolçu Hakan Çalhanoğlu ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) FİFA-nın "Bayer"in yarımmüdafiəçisinə verdiyi 4 aylıq futboldan uzaqlaşdırma cəzasını təsdiq edib.
Leverkuzen təmsilçisinin rəsmi internet saytından verilən açıqlamada artıq CAS-ın bu cəzanı təsdiq etdiyi, oyunçunun mövsümün sonuna kimi bütün rəsmi qarşılaşmalardan kənarlaşdırıldığı qeyd edilib. Qeyd edək ki, transfer zamanı yol verilən bəzi qanunauyğunsuzluqlar səbəbindən "Trabzonspor" oyunçunun cəzalandırılması üçün FİFA-ya müraciət etmişdi. Hakan həmçinin Qaradəniz təmsilçisinə 100 min avro təzminat ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB