Mutlu Topçu "Bursaspor" yeni baş məşqçisi oldu

Mutlu Topçu "Bursaspor" yeni baş məşqçisi oldu

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisi məlum olub. SİA-nın məlumatına görə, millimizin baş məşqçisi Robert Prosineçki ilə anlaşa bilməyən superliqa təmsilçisi komandanı Mutlu Topçuya tapşırıb.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 46 yaşlı mütəxəssis buna qədər Kayserispor" və "Qaziantepsor" kimi klubları çalışdırıb.

Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz da "Bursaspor"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə