Aziz Yıldırımı kim sui-qəsdlə hədələyir?

Aziz Yıldırımı kim sui-qəsdlə hədələyir?

"Fənərbaxça" prezidenti Aziz Yıldırım sui-qəsdlə hədələnib. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Bildirilib ki, Yıldırıma bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib. O isə bu xəbərdarlıqdan nəticə çıxararaq bəzi tədbirlər görüb. Hətta ölkə mətbuatı iddia edir ki, klub prezidenti bir aydır zirehli avtomobildə gəzir. Ona dövlət tərəfindən rəsmi qorumalar da təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə