“Bavariya”nın 25 yaşlı ispan futbolçusu zədələnib

“Bavariya”nın 25 yaşlı ispan futbolçusu zədələnib

Qətərdə təlim-məşq toplanışında olan "Bavariya" ciddi itki ilə üzləşib. Alman klubunun rəsmi saytında yer alan xəbərə görə, məşq zamanı komandanın yarımmüdafiəçisi Tyaqo Alkantaranın əzələsi dartılıb. Bu səbəbdən onun üçün hazırlıq mərhələsi erkən başa çatıb.

25 yaşlı ispan futbolçu artıq komandanın düşərgəsini tərk edib."Bavariya"nın baş məşqçisi Karlo Ançelotti ümid etdiyini bildirib ki, Alkantaranın zədəsi ciddi deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə