Brisben şəhərində şahmat üzrə "Australian Open" beynəlxalq turniri davam edir.
SİA-nın məlumatına görə, yarışda ölkəmizi təmsil edən Kənan İzzət dördüncü turda yerli şahmatçı Corc Lester ilə qarşılaşıb. Rəqibini məğlub edən şahmatçımız turnirdə üçüncü qələbəsini qazanıb.
Hesabında 3 xal olan K.İzzət 8-24-cü pillələri bölüşür. Bütün görüşlərini qələbə ilə başa vuran avstraliyalı Maks İllinqvorts və Qene Nakauçi, özbəkistanlı Temur Kuybokarov liderlər qrupunda yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB