“Telekom" - "Xemik" matçını idarə edəcək hakimlər müəyyənləşib

“Telekom" - "Xemik" matçını idarə edəcək hakimlər müəyyənləşib

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycanın "Telekom" klubunun ikinci turdakı oyununa hakim təyinatları açıqlanıb.

SİA-nın məlumatına görə, Polşanın "Xemik" klubu ilə yanvarın 10-da keçiriləcək qarşılaşmanı lixtenşteynli hakim Filip Şurmann idarə edəcək. Ona rumıniyalı Pol Katalin Sabo-Aleksi köməkçi təyin olunub.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılacaq "Telekom" - "Xemik" matçı saat 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə