Marşal olmaq üçün müraciət edənlərin seçiminə start verilib AÇIQLAMA
"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) artıq ikinci ildir Formula 1 yarışının Azərbaycanda təşkilati proseslərini həyata keçirir. 2016-cı ildə təşkil olunacaq Azərbaycan Qran-Prisində ümumilikdə1200 - 1300 marşalın iştirakı nəzərdə tutulub". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Bakı Marşal Klubunun layihələr və kommunikasiya üzrə koordinatoru Vüsal Bəkirov deyib.
O qeyd edib ki, artıq Azərbaycan Qran-Prisi üçün yeni marşalların seçim prosesinə start verilib: "Marşal kimi fəaliyyət göstərmək istəyənlər üçün dekabrın 5-dən fevralın 1-dək "Marşal ərizə" sistemini istifadəyə vermişik. Bu sistem vasitəsilə Azərbaycandan və xaricdən hər kəs qeydiyyatdan keçə bilər. Mürtaciətçilər qeydiyyatdan keçəndən sonra onlara müsahibədə iştirak üçün dəvət göndərilir.
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin ofisində marşallarla müsahibə üçün yerlər ayrılıb. Onlar müxtəlif proseslərdə iştirak edir və sualları cavablandırırlar. Bununla müraciətçilərin seçimi aparılır. Dekabrın 5-dən bu günə qədər 850 nəfər sistem vasitəsilə qeydiyyatdan keçib. Onların arasında yerli və xarici vətəndaşlar var. Fevralın 1-dək müraciət edən hər kəs müsahibədə iştirak edə biləcək".
V.Bəkirov bildirib ki, seçilmiş marşallar müxtəlif sahələr üzrə fəaliyyət göstərəcəklər: "Ona görə marşallara öz sahələrinə uyğun təlimlər keçiriləcək. Təlimlərə martın 1-dən start veriləcək.Məşğələlər Bakı Marşal Klubunu yeni Bakı Marşal Mərkəzində keçiriləcək. Orada istənilən sahədə təlimlər üçün müxtəlif vasitə və şərait var.
İlk olaraq ümumi marşallıq haqqında təlim keçiriləcək. İkinci hissədə isə spesifik sahələr üzrə məşğələlərə start veriləcək. Burada yanğınssöndürmə və xilasetmə, tibbi, bayraq, sektor, trek və digər marşallar üçün öz sahələrinə uyğun təlimlər təşkil olunacaq. Ötən yarışda olduğu kimi, təlimlərə bu dəfə də bəhreynli mütxəssislər dəvət olunacaqlar. Ancaq artıq peşəkar yerli təlimçilərimiz formalaşıb. Təlim komandamız istənilən marşalın hazırlanması üçün tam heyətlə hazırdır".

Koordinator vurğulayıb ki, Azərbaycan Qran-Prisində xaricdən olan marşalların sayı ötən yarışdakından az olacaq: "Ötən yarışda xaricdən olan marşalların sayı 200-ə yaxın idisə, 2016-cı ildəki yarışda daha az olacaq. Azərbaycan Qran-Prisində 1100 yerli marşal fəaliyyət göstərəcək. Marşallarımız bütün sahələrdə iştirak edəcəklər. Bu il yanğınsöndürmə və xilasetmə marşallarına daha çox tələb var. Ötən il Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu sahədə marşal qismində iştirak edirdilər. Bu il isə onlarla yanaşı, istənilən şəxs bu sahədə fəaliyyət göstəmək üçün müraciət edə bilər".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB