Alişer Usmanov daha 4 il müddətinə Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) prezidenti seçilib. SİA-nın məlumatına görə, qurumun Moskvada keçirilən konqresi zamanı bu posta A.Usmanov yeganə namizəd olub. Reqlamentə əsasən, alternativi olmadığı üçün seçki keçirilməyib və bütün nümayəndələrin ümumi razılığı əsasında o, postunda qalıb.
Qeyd edək ki, A.Usmanov FİE-yə 2008-ci ildən rəhbərlik edir. Rusiyanın böyük sahibkarlarından olan A.Usmanov ölkənin müstəqil antidopinq komissiyasının üzvü, İngiltərənin "Arsenal" klubunun səhmdarlarındandır.
Bununla belə, konqresdə 2019-cu ilə planlaşdırılan qılıncoynatma üzrə dünya çempionatının Macarıstan paytaxtı Budapeştdə, gənclər arasında 2018-ci il mundialınin isə İtaliyanın Verona şəhərində təşkil edilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB