“Açıq Əyləncəvi Futbol Məktəbləri” FOTOLAR

Layihə çərçivəsində növbəti tədbirlər Naftalan, Siyəzən və Ağstafa şəhərlərində keçrilib
“Açıq Əyləncəvi Futbol Məktəbləri” FOTOLAR

"Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində növbəti tədbirlər AFFA-nın təşkilatçılıgı ilə Naftalan, Siyəzən və Agstafa şəhərlərində keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin, Naftalan şəhər Bələdiyyəsinin nümayyəndələri, Naftalan şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi, Naftalan şəhər Uşaq Gənclər və İdman məktəbinin direktoru Sənan Axundov, Siyəzən rayon Uşaq Gənclər və İdman məktəbinin direktoru Yavuz Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Ağstafa rayon Gənclər İdman İdarəsinin rəisi Feyruz Həsənov, Qərb Reqional Furbol Federasiyasınin Prezidenti Mehdi Hacıyev, Ağstafa Bələdiyyəsinin sədri Nəsib Hacıyev, məşqçilər və təlimatçılar iştirak ediblər.

Bu barədə məlumatı millət vəkili, AFFA-nın I vitse-prezidenti, "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsinin rəhbəri Rauf Əliyev verib.

Bütün xəbərlər Facebook səhifəmizdə