Messi "Barselona"da 500-cü qolunu vurub

Messi "Barselona"da 500-cü qolunu vurub

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi çıxış etdiyi klubun heyətində 500-cü qolunu vurub. SİA-nın məlumatına görə, bu, İspaniya çempionatının 11-ci turu çərçivəsində "Sevilya" ilə oyunda baş verib. Kataloniya klubunun heyətində 592-ci matçını keçirən L.Messi 43-cü dəqiqədə yubiley qoluna imza atıb.

"Sevilya"nı səfərdə 2:1 hesabı ilə məğlub edən "Barselona" 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə