Ərsun Yanal Ramil Şeydayevə yenə şans vermədi

Ərsun Yanal Ramil Şeydayevə yenə şans vermədi

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" dünən Türkiyə superliqasında növbəti oyununa çıxıb. Qol.az-ın məlumatına görə, Ərsun Yanalın komandası 10-cu turda səfərdə "Beşiktaş"la qarşılaşıb. "Qara qartallar" 2:1 hesabı ilə qalib gəlib.

Millimizin hücumçusu R.Şeydayev sözügedən oyun üçün 18-likdə yer almayıb. Qeyd edək ki, "Trabzonspor" 10 turdan sonra 11 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə