Cüdo yarışının qalibləri müəyyənləşib FOTO

Cüdo yarışının qalibləri müəyyənləşib FOTO

Qusar Olimpiya İdman Kompleksində cüdo üzrə şimal-şərq bölgəsi yarışının qalibləri müəyyənləşib. 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında iki gün davam edən region birinciliyində oğlanlar 10, qızlar isə 2 çəki dərəcəsində mübarizə aparıblar. Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə keçirilən turnirdə Abşeron, Xaçmaz, Xızı, Quba, Qusar, Şabran və Sizəyəzəni təmsil edən 173 cüdoçu iki yaş qrupu üzrə qüvvəsini sınayıb.

Aşağı yaş qrupunda Qusar cüdoçuları komanda hesabında birinci olublar. Şabran və Xaçmaz idmançıları isə müvafiq olaraq ikinci, üçüncü yerləri bölüşdürüblər.

Yuxarı yaş qrupundakı yeniyetmələr arsında isə Siyəzən cüdoçuları komanda hesabında ilk pilləyə yüksəliblər. Şabran komandası ikinciliyə, Xaçmaz cüdoçuları isə üçüncülüyə yiyələniblər.

Birincilikdə qalib adına layiq görülən cüdoçular federasiyanın medal və diplomları ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə