Nazir: "100 min ton həcmində real pambıq məhsulumuz var”

Nazir: "100 min ton həcmində real pambıq məhsulumuz var”

"Pambıq istehsalı sahəsində qarşıya qoyulan hədəflərə nail olunub. Bizim nəzərdə tutduğumuz 100 min ton həcmində real pambıq məhsulumuz var". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

O qeyd edib ki, 20 gündən artıq yağan aramsız yağışlar pambıqyığan kombaynların təsərrüfatlara çıxışını mümkünsüz edib: "Hesab edirəm ki, noyabr ayında hava şəraiti əlverişli olarsa, biz bu geriliyi aradan qaldıracağıq. Bu günə olan məlumata əsasən, 44 min tondan artıq pambıq tədarük olunub. Sual oluna bilər ki, aramsız yağışlar pambığın keyfiyyətinə təsir edə bilərmi? Mən açıq şəkildə deyirəm ki, bu il gətirdiyimiz toxumların keyfiyyətindən çox razıyıq. Təbii ki, yağış, rütubət məhsulun keyfiyyətinə təsirsiz ötüşmür. Ümumi kontekstdə isə məhsulun keyfiyyətinə ciddi təsir etməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə