Corcio Kyellini 2 həftə yaşıl meydanlara həsrət qalacaq

Corcio Kyellini 2 həftə yaşıl meydanlara həsrət qalacaq

"Yuventus"un futbolçusu Corcio Kyellini 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. İtalyan klubunun rəsmi saytının yaydığı xəbərə görə, zədəli italiyalı müdafiəçinin milli komandaların oyunlarından sonra məşqlərə qayıdacağı bildirilib. Bu isə o deməkdir ki, C.Kyellini Çempionlar Liqasında "Lion", A seriyasında "Kievo" ilə görüşləri, İtaliya millisində isə DÇ-2018-in seçmə mərhələsində Lixtenşteynlə matçı buraxacaq.

Qeyd edək ki, C.Kyellini ölkə çempionatının 11-ci turunda "Napoli" ilə oyunda zədələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə