Millimizin sabiq baş məşqçisi vəfat edib

Millimizin sabiq baş məşqçisi vəfat edib

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi, braziliyalı futbol mütəxəssisi Karlos Alberto Torres 72 yaşında infraktdan vəfat edib. SİA-nın məlumatına görə, onun dünyasını dəyişməsi ilə əlaqədar Braziliya futbolunda 3 günlük matəm elan olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi braziliyalı futbol mütəxəssisinin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına ölkə futbol ictimaiyyəti adından dərin hüznlə başsağlığı verir.

Xatırladaq ki,Karlos Alberto Torres 2004-2005-ci illərdə millimizdə baş məşqçilik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə