Abdulbari Gözəl: Komandamıza inanıram

Abdulbari Gözəl: Komandamıza inanıram

"Qarabağ"ın fəxri prezidenti Abdulbari Gözəl komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubu üzərində qazandığı qələbəni (2:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Bir neçə uğursuz oyundan sonra nəhayət ki, qələbə qazana bildik. Bütün oyunu həyəcanla izlədim. Yalnız ikinci qoldan sonra özümə gəldim. Komandanı qazandığı uğur münasibətilə təbrik edirəm. Yunanıstanda da futbolçularımızdan qələbə gözləyirəm. Komandamıza inanıram. "Qarabağ" bu qrupdan çıxa bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə