Cüdoçularımız BƏƏ-də yarışacaqlar

Cüdoçularımız BƏƏ-də yarışacaqlar

Oktyabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turniri start götürəcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu yarışda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan milli komandası da mübarizə aparacaq.

Üç gün davam edəcək "Böyük Dəbilqə" turnirində ölkəmizi Oruc Vəlizadə, Mehman Sadıqov (hər ikisi -60 kq), Vüqar Şirinli, İlqar Müşkiyev (hər ikisi -66 kq), Rüstəm Orucov, Fəqan Quluzadə (hər ikisi -73 kq), Elvin Əhmədli, Ruslan Fərruxzadə (hər ikisi -81 kq), Tural Səfquliyev, Firudin Dadşov (hər ikisi -90 kq), Elxan Məmmədov və Cəlil Şükürov (hər ikisi -100 kq) təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə