Vitali Borisov "Araz"ın UEFA Kubokundakı uğurlu çıxışından danışdı

Vitali Borisov "Araz"ın UEFA Kubokundakı uğurlu çıxışından danışdı

Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov Serbiyanın "Ekonomats" klubu ilə UEFA Kubokunun elit-raunduna vəsiqə qazanmalarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Klubumuz əsas mərhələdə hər üç oyundan qalib ayrıldı, mən isə beş qol vurdum. Xorvatiya "Nasional"ı ilə oyunda yığmadan tanıdığım Amadeu ilə Rafaeli də gördüm. Görüşdük, xeyli söhbət etdik. Onlar yığma komandamızın DÇ-dəki uğurlu çıxışına görə təbriklərini çatdırdılar. "Araz"ın da UEFA Kubokunda uğurlu çıxış etdiyini bilirəm. Şadam ki, onlar da bizim kimi, qrupda birinci yeri tutdular. Oyunçuları, məşqçiləri, rəhbərliyi təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə