İspaniyanın "Real Madrid" futbol klubunun bir türk klubuna çevrilməsi elə sürətlə başlayıb ki, artıq İspaniya mətbuatında Joze Maurinyonun da nəsil-şəcərəsində türklərlə bağlılığı müzakirə obyektinə çevrilib. Siasport.az saytı xəbər verir ki, Məsut Özil, Nuri Şahin və Hamit Altıntopun ardınca indi də daha bir türk futbolçu kral klubuna transfer olunub. Belə ki, vaxtilə "Qalatasaray"ın uşaq futbol məktəbində yetişən Mete Serdar Çoban, artıq bazar günü "Real Madrid"lə müqavilə imzalayacaq və kral klubunun əvəzedici heyətində meydana çıxacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB