"Qarabağ" hazırlıqlara başladı

"Qarabağ" hazırlıqlara başladı
"Qarabağ" klubu yeni mövsümə start verdi. Siasport.az saytı xəbər verir ki, ötən mövsümü bürünc medallarla bitirən "Qarabağ" 2011-2012 mövsümünün hazırlıqlarına başladı. Bazada toplaşan futbolçular, günü 2 məşqlə keçiriblər. Komanda bu minvalla ayın 8-inə kimi Bakıda məşq edəcək.. İyunun 9-u isə "Qarabağ" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Ağdam təmsilçisi iyunun 23-ünə kimi Ankara yaxınlığında yerləşən Qızılcahamamda təlim-məşq toplanışı keçəcək.
Xatırladaq ki, "Qarabağ" məşqlərə başlasada da, heç də tam heyətlə məşq edə bilmir. Nderim Nedzipi və Bojan Pavloviç artıq "Qarabağ"ın düşərgəsindədir. Fərqli millinin düşərgələrində olan 10-dan çox futbolçu isə toplanışa bir qədər gec qatılacaq. Milli futbolçulara komandanın baş məşqçisi Qurban Qurbanov 13-ünə kimi istirahət verib.

Bütün xəbərlər Facebook səhifəmizdə