Çingiz Əhmədov: \"Yığma komanda mütləq yerli mütəxəssisə verilməlidir\"

Çingiz Əhmədov: \"Yığma komanda mütləq yerli mütəxəssisə verilməlidir\"
\"Berti Foqtsu çoxdan dəyişmək lazım idi. Çünki o, milli komandamızı məhv edib. Yığmamız bütün cəhətlərinə görə zəifləyib. Deyə bilmərəm ki, yığma inkifaş edib. Əksinə çox zəifləyib. Komanda da elə bil ki, uşaqlar oynayır. Foqts gələndən sonra yığmamız həddindən artıq zəifləyib. Azərbaycanda futbol yox dərəcəsindədir. Foqtsun Azərbaycana heç bir xeyri yoxdur\". Siasport.az saytı xəbər verir ki, bu sözləri tanınmış aktyor Çingiz Əhmədov deyib.
Futbol azarkeşi olan aktyor yığmanın yerli mütəxəssisə tapşırılmasını istəyir: \"Foqtsun əvəzinə yerli mütəxəssislərə üstünlük vermək lazımdır. Məncə, Ağasəlim Mircavadov kimi təcrübəli məşqçimiz yığmanın baş məşqçisi olsaydı, millimiz çox qabağa gedərdi. O cür məşqçinin qədrini bilmirlər. Yığma komanda mütləq yerli mütəxəssisə verilməlidir. Bu lazımdır və labüddür\".

Bütün xəbərlər Facebook səhifəmizdə