Elvin Əliyev: "Foqtsun yerinə olsaydım, şələ-şüləmi yığışdırıb Azərbaycandan gedərdim"
"Hər şey göz qabağındadır. Hamı görür ki, Berti Foqts Azərbaycan millisini nə günə qoyub. Heyətdə Rəşad Sadıqov, Əfran İsmaylov və s. kimi futbolçular var. Bu cür oyunçuların zəif oyun göstərmələrinin tək səbəbkarı Foqtsdur. Çünki, onların dəfələrlə yığma komandanın heyətində yaxşı oyunlarını görmüşük. Bütün bu nəticələrə Foqts cavabdehdir. Özünüz də görürsünüz ki, o, millimiz haqqında necə fikir yürüdür". Siasport.az saytı xəbər verir ki, bu sözləri AZAL-ın oyunçusu Elvin Əliyev deyib.
Foqtsun yığmaya çağırmadığı futbolçu bunun səbəbini bilmir: "Vallah, mənim özümə də maraqlıdır ki, Foqts məni niyə yığma komandaya çağırmır. Bunu ondan soruşmaq lazımdır. Yəqin öz prinsipləri var da!"
Jurnalistlərin dünən keçirdiyi aksiyaya münasibət bildirən Elvin Əliyev Foqtsun bundan sonra Azərbaycanı tərk etməli olduğunu bildirib: "Foqtsun yerinə olsaydım, şələ-şüləmi yığışdırıb Azərbaycandan gedərdim. Bundan betəri yoxdur. Hər şeyi özü bu həddə çatdırıb. Jurnalistlər düz addım atıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB