Joze Maurinyo türk futbolçunu \"dünya starı\" adlandırdı!

Joze Maurinyo türk futbolçunu \"dünya starı\" adlandırdı!
İspaniya çempionluğu uğrundakı mübarizədə və UEFA Çempionlar Liqasının yarlmfinalında əzəli rəqibi \"Barselona\"ya uduzuan \"Real Madrid\" futbol klubu, yeni mövsümün planlarını sürətlə həyata keçirməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, kral klubunun baş məşqçisi portuqalyalı Joze Maurinyo nəhayət ki, uzun susqunluqdan sonra ilk dəfə jurnalistlərə açıqlamalar verib. İspaniyanın \"Larguera\" radiosuna müsahibə verən kral klubunun çalışdırıcısı, gələn il \"Real\"ın bütün Avropada əsas söz sahibi olacağını bildirib və kral klubunun yeni transferləri barədə də danışıb. J.Maurinyo bildirib ki, son Almaniya çempionu Borussiya \"Dortmund\"undan kral klubuna keçən Nuri Şahin olduqca bacarıqlı futbolçudur və yeni mövsümdə onun \"Real\"ın heyətində böyük nəticələr qazanacağına əmindir:

\"Mən onun bu mövsüm gözəl futbol oynayacağına və \"Real\"ın vazkeçilməz futbolçusu olacağına əminəm. Keçən il Almaniya Bundesliqasında göstərdiyi mükəmməl oyunla Almaniyanın ən yaxşı futbolçusu seçilib.Bu, təsadüfi deyil. Biz onu uzun müddət idi ki, izləyirdik. Belə bacarıqlı futbolçunun heyətimizə cəlb olunması bizi sevindirir. Çünki biz yeni mövsümə olduqca iddialı məqsədlərlə gedirik\"-deyə portuqaliyalı futbol mütəxəssisi fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə