"Milan" Droqba transferində "Qalatasaray"a rəqib oldu!

"Milan" Droqba transferində "Qalatasaray"a rəqib oldu!

Deyəsən İstanbulun "Qalatasaray" futbol klubunun Didye Droqbanı transfer etmək istəyi elə istək də olaraq qalacaq. Siasport.az saytı xəbər verir ki, buna səbəb, İngiltərənin "Çelsi" futbol klubunun ulduz futbolçusu ilə İtaliyanın "Milan" futbol klubunun da maraqlanması, ən əsası isə onu transfer etmək istəməsidir. İtaliya mətbuatı xəbər verir ki, 30 yaşını keçməsinə baxmayaraq hələ də əla formada olan D.Droqba üçün "Milan" rəhbərliyi qarşıdakı həftə ərzində "zadəganlar"ın menecerləri ilə danışıqlar stolu arxasına əyləşməyi planlaşdırır. Bu isə o deməkdir ki, "Qalatasaray"ın D.Droqbanı İstanbula gətirmək üçün neçə həftədir sərf etdiyi əzab-əziyyət də boşa gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə