Ramos 6 həftə yaşıl meydanlardan uzaq qala bilər

Ramos 6 həftə yaşıl meydanlardan uzaq qala bilər

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Albaniya ilə oyunda zədələnən İspaniya millisinin üzvü Serxio Ramosun durumu ciddidir. SİA-nın məlumatına görə, təcrübəli fubolçu 6 həftə yaşıl meydanlardan uzaq qala bilər.

"Real"ın rəsmi saytı klub həkiminin müayinəsindən sonra Ramosun sol dizinin yan bağlarında yırtıq əmələ gəldiyi aşkarlandığını yazıb.

Qeyd edək ki, ulduz futbolçu 2:0 hesabı ilə qalib gəldikləri görüşün 80-ci dəqiqəsində zədələndiyi üçün meydanı tərk etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə