"Azərbaycana uduzduğumuz üçün çox məyusuq. İndi bunu müzakirə etmək üçün vaxtımız yoxdur". SİA-nın məlumatına görə, bu sözləri Norveç millisinin baş məşqçisi Per Matias Hoqmo yerli mətbuata müsahibəsində deyib.
O, DÇ-2018-in seçmə mərhələsində millimizə uduzduqları oyunu bir daha xatırlayıb: "Bakıda bəxt bizim tərəfimizdə deyildi. Daha çox cinahlardan hücumlar qururduq. Rəqib qapımıza cəmi bir zərbə vurdu, o da qol oldu. Bizim isə 14 qol imkanımız olsa da, istifadə edə bilmədik".
Hoqmo sabah San Marino ilə oyunda qələbə qazanacaqlarına inandıqlarını deyib:"Ardıcıl iki məğlubiyyətdən sonra bizə yalnız qələbə lazımdır. Qalib gələcəyimiz halda komandada psixoloji durum qaydasına düşə bilər".
Qeyd edək ki, Bakıda yığmamıza uduzan Norveç millisi hazırda qrupda 5-ci pillədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB