AFFA-nın Könüllülər departamentinin rəhbəri Vüqar Rüstəmli oktyabrın 10-dan 14-dək Sloveniyanin Maribor şəhərində keçiriləcək Avropa Könüllülük Forumunda iştirak edəcək. SİA-nın məlumatına görə, Forumun məqsədi beynəlxalq könüllülük layihələrinin indiki durumu, gələcək perspektivləri və inkişaf tredlərinin müzakirəsidir. Avropa Komissiyasının Avropa Könüllülük Xidməti proqramının 20 illiyinə həsr edilmiş forumda 28 ölkədən 50 nümayəndə iştirak edəcək. Forumda Vüqar Rüstəmli tərəfindən AFFA-nın həyata keçirdiyi könüllülük fəaliyyətinin təqdimatı da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB