Sabiq futbolçu 793 kq narkotik maddə ilə tutulub

Sabiq futbolçu 793 kq narkotik maddə ilə tutulub

Keçmiş futbolçu həbs edilib. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, braziliyalı Marçelo Pletş 793 kq narkotik maddə ilə tutulub. Onu 10-15 arasında həbs cəzası gözləyir.

Qeyd edək ki, sözügedən sabiq futbolçu kareyerasına Braziliyanın "Keara" klubunda başlayıb. O, 1999-2005 illərdə Almaniyanın "Borussiya Mönxenqladbax" klubunda forma geyinib və tanınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə