Röya+futbol=gözəl oğlanlar-FOTO

Röya+futbol=gözəl oğlanlar-FOTO

Müğənni Röya minlərlə futbol azarkeşi qarşısında futbolu nə vaxt və necə sevdiyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Azərbaycan Kubokunun "İnter" - "Xəzər Lənkəran" final matçından öncə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən şou proqramda çıxışından əvvəl aparıcının futbolla bağlı sualına müğənni belə cavab verib: "Futlbolu o vaxt sevirəm ki, orada gözəl oğlanlar oynayırlar". "Azərbaycan futbolçularından kimləri tanıyırsan?",-sualına isə o, "Rəşad Sadıqov və Ruslan Abışov",- deyə cavab verib.

Qeyd edək ki, müğənninin çıxışı zamanı elektrik enerjisi kəsildiyindən fanaqrama dayanıb. Kifayət qədər peşəkarlıq nümayiş etdirən Röya özünü itirməyərək müsiqisiz də olsa rəqsinə davam edib və tezliklə texniki problem aradan qaldırılıb. Müğənni danışan zaman büruzə verməməyə çalışsa da, səsindən və işlətdiyi ifadələrdən bu məsələyə əsəbləşdiyini gizlədə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə