“Avropa Şəhərciyi-2016”da BŞH da təmsil olunacaq

“Avropa Şəhərciyi-2016”da BŞH da təmsil olunacaq

Oktyabrın 1-də Dənizkənarı Milli Parkda təşkil olunacaq "Avropa Şəhərciyi-2016" festivalı çərçivəsində Formula-1 Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti də təmsil olunacaq.

SİA-nın məlumatına görə, bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və İttifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri mövcud əməkdaşlığın 25 illiyini bir neçə tədbirlə qeyd edirlər.

Formula-1 tərzində qurulmuş stenddə simulyator oyunlarından istifadə edən ziyarətçilər yarışlardakı sürəti və həyəcanı hiss edəcəklər. Həmçinin məkanda bu il təşkil olunan Avropa Qran-prisi ilə bağlı məlumatlandırıcı vəsaitlər ziyarətçilərə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə