Əməkdar idman ustası, professor Ələkbər Məmmədovun şərəfinə həsr olunmuş futbol turniri başa çatıb. Siasport.az saytı xəbər verir ki, Qaradağ Təlim İdman Bazasında keçirilən turnirdə 2 qrup üzrə 10 komanda iştirak edirdi.Yarışın III və IV yerləri uğrunda "Xəzər Nur" və "Mehdiabad" komandaları görüşüblər. "Mehdiabad" komandası 4:1 hesabı ilə " Xəzər Nur" komandasına qalib gəlib. I və II yerlər uğrunda isə Çevik Polis Alayı komandası ilə Qaradağ Təlim İdman Bazası komandaları görüşüblər. Çevik Polis Alayı komandası 4:0 hesabı ilə Qaradağ Təlim İdman Bazası komandasına qalib gəlib. Beləliklə, I yerə Çevik Polis Alayı komandası, II yerə Qaradağ Təlim İdman Bazası komandası, III yerə Mehdiabad komandası çıxıb.
Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB