"Fırtına" üzvləri idarə heyəti ilə görüşdülər

"Fırtına" üzvləri idarə heyəti ilə görüşdülər
"Fırtına" fan-klubunun yeni İdarə Heyəti fan-klub üzvləri ilə görüş keçirib. Siasport.az saytı xəbər verir ki, görüşün əsas məqsədi fan-kluba olan yeni üzvlük müraciətlərini qəbul etmək, "Böyük oyun"a hazırlıqları yekunlaşdırmaq, fəaliyyət planına aid hazırda üzv olan "Fırtına"çılardan təklif və ideyalarını dinləmək olub.
Fan-kluba üzv olmaq üçün müraciət edən "Xəzər Lənkəran" fanatlarına "Fırtına"nın əsas prinsipləri barədə izahatlar verilib.
Görüşün əsas məqsədlərindən biri də qarşıdan gələn oyunlarda fan-klubun iştirakı barədə fikir mübadiləsi aparmaq olub və "Böyük oyun"da "Fırtına"çıların banner təkliflərinə baxılıb. Hər zamankı kimi "Fırtına"nın tribunada və bannerlərdə söz sahibi olması üçün lazımı tədbirləri icra etmək İdarə Heyəti tərəfindən qəbul edilib.
Futzal üzrə Azərbaycan çempionatının birinci dəstəsində çıxış edən Lənkəranın "Fırtına" futzal klubu son oyunda 11:1 hesabı ilə Bakının "Əhmədli" komandası üzərində qələbə qazanandan sonra I divizionun liderlərindən olan "Qala" klubu ilə qarşılaşacaq. Komandanın baş məşqçisi Elşən Ağaverdiyev də "Fırtına"nın iclasına qatılaraq öz təklif və istəklərini "Fırtına"çılara bildirib.
İki saatdan çox davam edən görüşdə bəzi əhəmiyyətli qərarların alınması İdarə Heyəti tərəfindən müzakirə edilib təsdiqlənməsi üçün fan-klubun rəhbəri tərəfindən qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə