Bu gün qılıncoynatma idman növü üzrə yığma komandamızın üzvləri (sablya növündə yarışan) qadın idmançılarımız Sevil Bünyatova və Səbinə Mikina Çin Xalq Respublikasının Tianjin şəhərində keçirilən Qran-Pri Dünya Kuboku yarışına yollanırlar. Siasport.az saytı xəbər verir ki, idmançıları bu yarışda məşqçi Fikrət Vəliyev müşayət edəcək. Sablya növü üzrə qadınlar arasında keçirilən Qran-Pri Dünya Kuboku yarışları 24 may tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB