Ərsun Yanal Ramil Şeydayevə yenə şans verməyib

Ərsun Yanal Ramil Şeydayevə yenə şans verməyib

Futbol üzrə Türkiyə Superliqasında VI turun oyunları keçirilir. Qol.az-ın məlumatına görə, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" dünən öz meydanında "Konyaspor"u qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə kubokundan fərqli olaraq, Superliqada Ramil Şeydayev yenə heyətə düşməyib. Həmyerlimizin adı "18-liy"ə daxil edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə