Kiyevdə bədii gimnastika üzrə dünya kuboku mərhələsi və beynəlxalq turnir başa çatıb. Siasport.az saytı xəbər verir ki, yarışlarda Azərbaycanın qadın gimnastları iştirak ediblər. Ölkəmizin qrup komandası daha yaxşı nəticə göstərib. Ceyla Quliyeva, Aelita Xələfova, Səbinə Abbasova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkovadan ibarət heyət ikinövçülüyün nəticələrinə görə İtaliya, Belarus və Ukrayna komandalarından sonra dördüncü yeri tutub.
Gimnastlarımız üç lent və iki halqa ilə hərəkətlər üzrə finallarda dördüncü, beş topla kompozisiyada isə yeddinci yerlə kifayətlənib.
Şəxsi yarışlarda Zeynəb Cavadlı 10-cu, Anna Qurbanova isə 12-ci olub. Çoxnövçülükdə Rusiya gimnastı Darya Kondakova qalib gəlib, dörd finaldan üçündə isə ukraynalı Alina Maksimenko birinci olub.
Gənc gimnastlara gəldikdə isə Gülsüm Şəfizadə (1998-ci il təvəllüdlü) 10-cu, Ləman Hacızadə (1999-cu il təvəllüdlü) isə 17-ci yerə layiq görülüb..
Bu həftənin axırlarında (13-15 may) Fransanın Korbey-Esson şəhərində dünya kubokunun növbəti mərhələsi keçiriləcək. Azərbaycanı həmin yarışlarda Aliyə Qarayeva və Samirə Mustafayeva təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB