Almaniyanın son çempionu Borrusiya \"Dortmund\"unun türkiyəli forvardı Nuri Şahini heyətinə qatan İspaniyanın \"Real Nadrid\" futbol klubu, bunun üçün alman klubuna 12 milyon avro ödəyəcək. Siasport.az saytı xəbər verir ki, N.Şahinlə 6 illik müqavilə imzalayan kral klubu, 22 yaşlı futbolçunun özünə isə ilinə 2,5 milyon avro maaş verməli olacaq. Məsut Özildən sonra ikinci türk futbolçunu heyətinə qatan ispan təmsilçisi, bununla da gələn mövsümün transfer planlarına indidən start vermiş oldu. Belə görünür ki, kral klubu əzəli rəqibinə olan ardıcıl məğlubiyyətlərin əvəzini gələn il çıxmaqda israrlıdır. N.Şahinin \"Real\"a transferinin daha bir qaranlıq məqamı da üzə çıxıb. Sən demə ispan təmsilçisi hələ keçən ilin əvvələrində N.Şahinin transferini həm onun özü ilə, həm də \"Dortmund\" ilə danışıb razılaşıbmış. Belə olmasaydı, N.Şahin hələ 14 ay əvvəl Almaniyada ispan dili kurslarına getməzdi. Bunu futbolçunun özü də \"Bild\" qəzetinə açıqlamasında etiraf edib: \"Mən hələ 14 ay bundan əvvəl alman dili kurslarına gedirdim ki, ispan dilini öyrənim. Bunu çox istəyirdim və indi bu dili sərbəst danışa bilirəm. Yəqin ki, \"Real\"da Məsut və Kərim mənim uyğunlaşma prosesimə kömək edəcəklər\"-dey \"Real\"ın yeni futbolçusu fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB