Ferqyusson \"Barselona\"nı Joze Maurinyonun əli lə udacaq!

Ferqyusson \"Barselona\"nı Joze Maurinyonun əli lə udacaq!

İngiltərənin "Mançester Yunayted" futbol klubu, UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmasının cavab oyununda Almaniyanın "Şalke 04" futbol klubunu darmadağın etdikdən sonra, indi də finalda qarşılaşacağı "Barselona"ya meydan oxumağa başlayıb. Siasport.az saytı xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ser Alexs Ferqyusson, ingilis mətbuatına verdiyi açıqlamada katalon klubundan çəkinmədiklərini, 2009-cu ildəki məğlubiyyətin qisasını bu dəfə artıqlaması ilə almaq üzərində baş sındırdıqlarını deyib. Qocaman baş məşqçi bildirib ki, onlar "Barselona"ya dünyanın güclü və nüfuzlu futbol klubu kimi hörmət edirlər, amma qəti olaraq ondan qorxub çəkinmirlər. Son 4 ildə 3 dəfə UEFA Çempionlar Liqasının finalında "qırmızı şeytanları" meydana çıxaran S.A. Ferqyusson, "Barselona"nın oyun sisteminə qarşı mükəmməl bir plan hazırladıqlarını da vurğulayıb. "Mançester Yunayted"in baş məşqçisi onu da deməyi unutmayıb ki, "Barselona" ilə qarşılaşmadan əvvəl "Real"ın baş məşqçisi Joze Maurinyo ilə görüşərək "Barselona" ilə bağlı lazımı məlumatlar əldə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə