Nəhayət ki, İstanbulun "Qalatasaray" futbol klubunda yaranan xaos yavaş-yavaş aradan qalxmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, İstanbulun Bəyoğlu Hüquq Məhkəməsi "Qalatasaray" klubunda prezident seçkisinə qoyduğu qadağanı ləğv edib. Bu isə o deməkdir ki, "Qalatasaray" prezidentliyinə seşkilər, planlaşdırıldığı kimi mayın 14-də keçiriləcək. İstanbul klubunun prezidentliyi uğrunda Ünal Aysal, Mehmet Helvacı və Cemal Özgörkey mübarizə aparacaqlar. Bu arada isə yeni bir xəbər Türkiyə mediyasının diqqət mərkəzinə düşüb. Məsələ burasındadır ki, "cim bom"un prezidentliyinə ən real namizəd olan 70 yaşlı iş adamı Ünal Aysal, sən demə futbol üzrə Türkiyə milli komandasının sabiq baş məqşçisi Fatih Terimi yenidən İstanbul klubunun sükanı arxasına keçməyə razı sala bilib. Məsələ burasındadır ki, Erik Gerets və Mirça Luçesku variantları sıradan çıxandan sonra, Ü.Aysal yeganə çıxış yolu kimi "imperator"u razı salmaqda görüb. Ü.Aysalın komandasında yer alan və F.Terimin yaxın dostu sayılan Ali Dürüst isə dünən yenidən onunla görüşərək "cim bom"a qayıtması üçün müzakirələr aparıb. Belə məlum olub ki, "imperator", "əvvəlcə seçkini qazanın, sonra danışıqlar stoluna oturub razılaşarıq" cavabını verib. Belə görünür ki, hər şey Ü.Aysalın "Qalatasaray"ın prezidenti seçilməsinə və F.Terimin "cim bom"un sükanı arxasına keçməsinə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB