Səyyar meydança quraşdırılıb

Bakı şəhəri, Xətai rayonundakı məhəllələrin birində AFFA tərəfindən səyyar futbol meydançası quraşdırılıb. SİA-nın məlumatına görə, meydança təmənnasız olaraq məhəllə sakinlərinin ixtiyarına verilib. Səyyar meydança 2 həftə ərzində həmin ünvanda olacaq.

Qeyd edək ki, səyyar meydança AFFA-nın facebook səhifəsinə daxil olmuş müraciət əsasında quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə