İspaniyanın \"Deportivo\" futbol klubu, İstanbulun \"Fənərbaxça\" futbol klubunun forvardı Semih Şentürkün bütün şərtlərini qəbul edib. Siasport.az saytı xəbər verir ki, futbolçunu transfer etməkdə israrlı olan ispan təmsilçisi, onun vergilər xaricində ildə 1,5 milyon avro əməkhaqqı və 1 milyon da imza pulu nəzərdə tutulan şərtlərini qəbul edərək menecerinə məlumat verib. Futbolçunun meneceri Manuel Lopez \"Deportivo\"nun rəhbərliyi ilə görüşərək bir sıra məsələəri müzakirə edib. S.Şentürk isə mövsüm başa çatan kimi ispan klubuna qəti bir cavab verə biləcəyini bildirib. Onu transfer etməkdə israrlı olan ispan klubu da onun bu mövqeyini anlayışla qarşılayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB