Almaniya Bundesliqsının hazırkı lideri Borrusiya "Dortmund"u, heyətinə daha bir türk futbolçu cəlb etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, alman klubu başqa bir Bundesliqa klubu olan "Nürnberq"də forma geyən İlkay Gündoğanı da transfer etməyə çox yaxındır. Bu barədə yazan Almaniyanın məşhur "Bild" qəzeti iddia edir ki, alman klubu artıq türk futbolçu ilə 4 illik müqaviləni hazırlayaraq imzalamaq üçün onun qarşısına qoyub. Alman klubunun meneceri Mixail Zorc bildirib ki danışıqlar artıq müsbət yöndə gedir və anlaşma əldə olunsa İ.Gündoğan ilinə 1,5 milyon avro olmaqla məvacib alacaq. Xatırladaq ki, türkiyəli futbolçu bir müddət bundan əvvəl "Hamburq"un transfer təklifini rədd etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB