İspaniyanın \"Real\" klubunun Kral kubokunu qazanması, təkcə kluba xeyir gətirməyib. Siasport.az saytı xəbər verir ki, artıq onun keçmiş ulduzları da Kral klubunun hesabına arada bir pul qazanmağın yolunu tapıblar. Lap məşhur braziliyalı forvard Roberto Karlos kimi. Sən demə \"Real\"ın keçmiş ulduzu bir müddət bundan əvvəl oynanılan Kral kubokunda keçmiş komandasının xeyrinə 3 min avro pul qoyaraq nəticədə 21 min avro qazanıb. \"Real\"ın daha sürətli futbol oynadığını deyən R.Karlos, bunun əvəzində \"Barselona\"nın topu özündə saxlamağa üstünlük verdiyini də diqqətə çatdırıb:
\"Bilirdim ki, bu oyunun fovariti \"Real\"dır. Düzdür, hər zaman favoritlər qazanmır. Amma Kral Kubokunu qazanmaqda \"Real\" daha istəkli görünürdü. Axırda da istədiyinə nail oldu.\"-deyə R.Karlos fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB