\"Barselona\" qazandı, “Real” “yarasaları” 6:3 rüsvay etdi!

\"Barselona\" qazandı, “Real” “yarasaları” 6:3 rüsvay etdi!

İspaniya La Liqasında keçirilən qarşılaşmalarda böyük hesablı nəticələr qeydə alınıb. Siasport.az saytı xəbər verir ki, \"Vilyarreal\" səfərdə \"Sevilya\"ya 2:3 hesabı ilə uduzaraq, mükafatçılar sırasına düşmə şanslarını daha da azaldıb. \"Atletiko\" isə \"Levante\"ni 4:1 darmadağın edib. İspaniya çempionatının hazırkı lideri sayılan \"Barselona\" çempionat ərzində 28-ci qələbəsini \"Osasuna\" üzərində qazanıb. Rəqib üzərində 2:0 hesablı qələbə qazanan Xose Qvardiolanın komandası, bununla da vurduğu qolları ilə topladığı xalları bərabərləşdirib. İndi \"Barsa\"nın 88 qolu və 88 xalı var. Bir həftə öncə Kral Kubokunu başə üzərinə qaldıran \"Real Madrid\" isə səfərdə \"Valensiya\"nın daşını daş üstə qoymayaraq 6:3 hesablı darmadağına imza atıb. Əslində "yarasaların" bu şəkildə öz meydanlarında darmadağın olunması ilə "Real"ın baş məşqçisi Joze Mourinyo, bir növ əzəli rəqibləri olan katalonlara mesaj yollamış oldu. Çünki \"Barselona\" ilə aprelin 27-də keçirəcəkləri Çempionlar Liqasının yarımfinal matçını göz önünə gətirən portuqaliyalı futbol mütəxəssisi, "Barselona"nı da diz üsta gətirə biləcəklərini isbatlamağa çalışıb. \"Atletik\" isə \"Real Sosyedad\"a 2:1 qalib gələrək, 5-ci pillədəki mövqeyini bir az da möhkəmləndirib. Bundan başqa "Sportinq" "Espanyol"a 1:0, "Erkules" "Deportivo"ya 1:0, "Malaqa" isə "Rasinq"ə 2:1 qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə