İstanbulun "Beşiktaş" futbol klubunun portuqaliyalı ulduzu Simao Sambrazo deyəsən Türkiyə Kubokunu başı üzərinə qaldırmadan sakitləşmək istəmir. Siasport.az saytı xəbər verir ki, onun portuqaliyalı həmyerlisi Kriştiyano Ronaldonun bir neçə gün əvvəl İspaniya Kral Kubokunu başı üzərinə qaldırması, S.Sambrozanın da iştahasını yaman çoxaldıb. "Qara qartal"ın ulduz futbolçusu "Fanatik.com" saytına müsahibəsində artıq onları Kubokun finalında gərgin bir qarşılaşma gözlədiyini və bütün komanda ilə buna hazırlaşdıqlarını dilə gətirib. Portuqaliyalı futbol ulduzu, həmçinin əlavə edib ki, Türkiyə Kubokunu qazanmaq "Beşiktaş"a çox yaraşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB