Faiq Həsənov: "Hakimlərimiz olimpiadaya yüksək hazırlıq keçiblər" AÇIQLAMA

Faiq Həsənov: "Hakimlərimiz olimpiadaya yüksək hazırlıq keçiblər" AÇIQLAMA

"Bakı Şahmat Olimpiadasında dünyanın bir çox ölkələrindən hakimlər fəaliyyət göstərəcək. Azərbaycan isə olimpiadada 30 hakimlə təmsil olunacaq". SİA-nın məlumatına görə, bunu 42-ci Ümumdünya Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov olimpiadaya həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan hakimləri olimpiadaya yüksək səviyyədə hazırlıq keçiblər: "Hakimlərimiz üçün 3 ildir seminarlar təşkil olunur. Onlar xaricdə beynəlxalq turnirlərdə iştirak edirlər. Sabah isə son seminar təşkil olunacaq. Seminarı FİDE-nin Hakimlər Komitəsini sədri keçəcək. Onu da qeyd edim ki, ötən il olimpiadada 10 hakimimiz iştirak edib".

Bütün xəbərlər Facebook səhifəmizdə