"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası 2-ci Beynəlxalq Kuşadası Turnirindəki çıxışına start verib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə ardıcıl üç 25 dəqiqəlik qarşılaşmaya çıxan təmsilçilərimiz aktivinə 4 xal yaza bilib. "Trabzonspor"a qarşı baş tutan ilk matçda hesab açılmayıb-0:0. İkinci oyunda "Çelsi" ilə üz-üzə gələn "Qəbələ" minimal hesablı məğlubiyyətlə barışmalı olub-0:1. Günün son görüşündə komanda "Adana Gənclərbirliyi"ni 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Rəqibin qapəsından qolları Fərid Əsədli və Orxan Mehrəlizadə keçirib. Bu nəticədən sonra "Qəbələ" 4 xalla qrupun ikinciliyinə yüksəlib. Qrupa 7 xalla "Çelsi" başçılıq edir. Qrupun son matçları bugün (21 aprel) keçiriləcək. "Qəbələ" müvafiq olaraq "Altay" və "Berlin Türkiyəmspor"la qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB