Mondraqon \"Qalatasaray\"ı və İstanbulu unutmur

Mondraqon \"Qalatasaray\"ı və İstanbulu unutmur
Bir vaxtlar İstanbulun \"Qalatasaray\" futbol klubunun qapıçısı olan Mondraqon hələ də İstanbulu və \"Qalatasaray\"ı həsrətlə xatırlayır. Siasport.az sytı xəbər verir ki, 39 yaşlı qolkiper \"Goal.com\" idman saytına verdiyi müsahibəsində, hazırda ABŞ-da keçirdiyi futbol həyatı və Almaniyanın \"Köln\" futbol klubundan bura necə gəlməsi barədə suallara aydınlıq gətirib. Təcrübəli əlcək ustası hələ də İstanbuldakı futbol həyatını unutmadığını, İstanbulun dünya sivilizasiyası üçün önəmli şəhər olduğunu da diqqətə çatdırıb:

\"Türkiyədəki futbol həyatını heç vaxt unutmaram. Ən gözəl vaxtlarım \"Qalatasaray\"da keçib. İstanbul milyonlarla insanın bir yerdə yaşadığı sivil şəhərdir. Burada futbolu çox sevirlər. \"Qalatasaray\"dan ayrılanda \"Beşiktaş\" məni heyətində görmək istədi. Amma yaxşı ki, \"Qalatasaray\"a xəyanət edib rəqib kluba keçmədim. Yoxsa bunu özümə bağışlamazdım.\"-deyə Mondraqon fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə